Bayram Muradovdan sonra Mətanət Qarayeva da ƏRİZƏSİNİ YAZDI
Beyləqan Rayon Mərkəzi Xəstəxanasında növbəti kadr dəyişikliyi baş verib.
BAKU.WS "Teleqraf"a istinadən xəbər verir ki, xəstəxananın İnsan Resursları şöbəsinin müdiri Mətanət İsmayıl qızı Qarayeva öz ərizəsi ilə vəzifəsindən ayrılıb.
Onun işdən çıxması ilə bağlı hələlik əlavə rəsmi məlumat açıqlanmayıb.
Qeyd edək ki, daha öncə xəstəxananın direktoru Bayram Muradov və inzibati işlər üzrə direktor müavini Elnur Mahmudov vəzifələrindən ayrılıblar.
Məlumata görə, dəyişiklik yeni təyin olunmuş icraçı direktorun qərarı əsasında həyata keçirilib. Bildirilir ki, hər iki şəxs işdən öz ərizələri ilə çıxıb.
Kadr dəyişiklikləri davam ediləcəyi gözlənilir.
Oxşar xəbərlər
WUF13-də operativ dəstək xidmətləri göstəriləcək
WUF13 çərçivəsində iştirakçılar üçün inklüzivliyi və bərabər imkanları təmin etmək məqsədilə bir sıra operativ dəstək xidmətləri göstəriləcək. Bu barədə BAKU.WS...