Baş redaktor koronavirusdan sağalaraq evə buraxılıb
Yeniliklərdən dərhal xəbərdar olun
"Kaspi" qəzetinin baş redaktoru, Əməkdar jurnalist İlham Quliyev COVID-19 infeksiyasından sağalıb.
BAKU.WS xəbər verir ki, baş redaktor bu barədə sosial şəbəkə hesabında bildirib.
O, koronavirusdan sağalaraq evə buraxıldığını qeyd edib:
“Əziz dostlar! Müalicəmi yekunlaşdırıb xəstəxanadan evə buraxıldım. Allahın köməkliyi ilə çətin günləri arxada qoyduq! 14 günlük ev karantinindən sonra iş başına dönəcəyəm! Maraqlanan, narahat olan hamıya təşəkkür edirəm! Özünüzü qoruyun!”
Qeyd edək ki, İ.Quliyev iyunun 22-də sosial şəbəkə hesabında koronavirusa ailə üzvləri ilə birlikdə infeksiyasına yoluxduğunu bildirmişdi.
Oxşar xəbərlər
Çarəsizliyin dözülməzliyi: Ölümün bir addımlığında - Koronavirus klinikasından VİDEOREPORTAJ
İmdad diləyən səssiz baxışlar, alınan ağır nəfəs, həyat uğrunda olum, ya ölüm mübarizəsi... Süni tənəffüs aparatı ilə nəfəs alan xəstələrdən birindən “Su, nəfəs...