Baş Prokurorluq karantin rejiminin tələblərini pozanlara xəbərdarlıq edib
Yeniliklərdən dərhal xəbərdar olun
Koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması və onun neqativ təsirlərinin aradan qaldırılması ilə bağlı ölkəmizdə geniş miqyaslı kompleks siyasi, iqtisadi və sosial tədbirlər həyata keçirilir.
Təəssüflə bildiririk ki, koronavirus infeksiyasının yayılmasının qarşının alınması məqsədi ilə ölkəmizdə elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına rast gəlinir.
Məsələnin vacibliyini nəzərə alaraq, Azərbaycan Respublikasının Baş Prokurorluğu xəbərdarlıq edir ki, karantin rejimininin tələblərini pozan şəxslərin müvafiq inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi təmin ediləcəkdir.
Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən qeyd olunan məsələ ilə bağlı maarifləndirici video hazırlanmışdır.
Oxşar xəbərlər
Nazirlər Kabinetindən karantin rejimindən çıxma ilə bağlı RƏSMİ AÇIQLAMA
Hazırda dünya ölkələri bütün səylərini yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizəyə və profilaktika tədbirlərinə yönəltmişdir. 2020-ci il mart ayı...