Baş pediatrdan valideynlərə uşaqla bağlı XƏBƏRDARLIQ - Bunu etməyin!
Yeniliklərdən dərhal xəbərdar olun
Son günlər uşaqlar arasında qızdırma, qusma, ishal, halsızlıq, boğaz ağrısı kimi əlamətlərlə müşayiət olunan respirator xəstəlik geniş yayılıb.
BAKU.WS-in "Xəzər Xəbər"ə istinadən məlumatına görə, baş pediatr Erkin Rəhimov deyib ki, bu əlamətlərlə xəstəxanalara müraciət edənlərin sayında artım müşahidə olunur.
O qeyd edib ki, viruslar adətən havalar soyuyanda aktivləşir.
Erkin Rəhimov əlavə edib ki, məktəb və bağçalar açıldığından xəstəlik daha geniş vüsət alıb. Onun sözlərinə görə, bu dönəmdə uşaqlar arasında ciddi şikayətlər olarsa, onlardan COVID-19-a görə PCR testi götürülməlidir.
Baş pediatr övladlarını ev şəraitində müalicə etməyə çalışan valideynlərə xəbərdarlıq edib. O qeyd edib ki, reseptsiz qəbul edilən dərmanlar uşaqların səhhətində ciddi fəsadlara yol aça bilər.
Erkin Rəhimov əlavə edib ki, valideynlər uşaqlarını qripə qarşı peyvənd etdirməklə də viruslardan qoruya bilərlər.
"Xəzər Xəbər"in mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik:
Oxşar xəbərlər
Vaksin olunanlar Türkiyə və Gürcüstana test vermədən gedəcək
Ötən il yay mövsümündə pandemiya səbəbindən ölkədən kənarda dincələ bilməyənlər bu il onun əvəzini çıxarmağa çalışırlar. Artıq Azərbaycanda olduğu kimi, bir çox...