Baş nazir: "15 milyon doz peyvəndin gətirilməsinə dair anlaşmalar əldə olunub"
Yeniliklərdən dərhal xəbərdar olun
"Pandemiya ilə mübarizənin aparıldığı dövrün təcrübəsi göstərir ki, xəstəliyə qarşı ən effektli mübarizə vasitəsi peyvəndlənmədir".
BAKU.WS xəbər verir ki, bu barədə baş naziri, Operativ Qərargahın rəhbəri Əli Əsədovun sədrliyi ilə keçirilən Qərargahın geniş tərkibdə respublika müşavirəsində səsləndirilib.
Bildirilib ki, Prezident İlham Əliyevin zamanında qəbul etdiyi qərara əsasən ölkəmizə 15 milyon doz peyvəndin gətirilməsinə dair anlaşmalar əldə olunub, sifarişlər edilib və hissə-hissə gətirilməkdədir. Məqsəd, ölkə əhalisinin təqribən 70%-ə qədərini peyvəndləməkdir.
Qəbul olunmuş qərarlar nəticəsində yoluxmanın səviyyəsinin aşağı salınmasına nail olundu, yayın əvvəlinədək yoluxmanın statistikası ikirəqəmli həddə endi, sağalanların sayı və çarpayı ehtiyatı artırıldı.
Oxşar xəbərlər
Virusa ötən il yoluxan insanlara peyvəndin birinci dəfə vurulan dozası kifayətdir? - AÇIQLAMA
"Aparılan tədqiqalar nəticəsində öncədən virusa yoluxmuş insanlara peyvəndin ikinci dozasının vurulmasından sonra onlarda yaranan anticisim miqdarında ciddi dəy...