Baş infeksionist: Biz bu qış COVİD-19-a qarşı peyvəndi əldə edə bilməyəcəyik
Yeniliklərdən dərhal xəbərdar olun
COVİD-19-a qarşı peyvəndlə bağlı sınaqlar, yəqin ki, aprel-may aylarında müəyyən qədər yekunlaşacaq.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.
Onun sözlərinə görə, artıq dünyada 3-4 ölkə COVİD-19-a qarşı peyvəndlə bağlı 3-cü klinik sınaqlar mərhələsindədir. Bu sınaqlar effektiv qiymətləndirilir:
“Sadəcə olaraq müəyyən vaxt tələb olunur ki, bu peyvəndlərin effektivliyi və təhlükəsizliyi qiymətləndirilsin. Biz bu qış bunu əldə edə bilməyəcəyik. Bu sınaqlar, yəqin ki, aprel-may aylarında müəyyən qədər yekunlaşacaq. Bundan sonra xüsusi komissiya yaradılaraq onlara xüsusi rəy verilməlidir. Yalnız bundan sonra bu peyvəndlərin dünya səviyyəsində istifadəsinə icazə verilə bilər.
Oxşar xəbərlər
Baş infeksionist: “Eyni anda həm qripə, həm də koronavirusa yoluxma orqanizmə ciddi ziyan vura bilər”
Hər ötən gün koronovirusa yoluxma halı artır. Təəssüf ki bu, yaxşı hal deyil. BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Baş infeksionist...