Baş direktor: “Azərbaycanda yeraltı təkanlar günü-gündən artır”
Yeniliklərdən dərhal xəbərdar olun
“2024-cü ilin ilk 3 ayı ərzində Azərbaycanda 2000-dən çox yeraltı təkan qeydə alınıb”.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli “Açıq qapı” günü ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, maqnitudası 3 və 3-dən yuxarı olan təkanlar barədə də ictimaiyyətə məlumat verilib.
“Təkanlar günü-gündən artır. Lakin ölkədə hazırda seysmik aktivlik fon səviyyəsindədir. Bunlar xırda təkanlardır. Elə güclü təkanlar yoxdur ki, dağıdıcı zəlzələ ehtimalı da olsun”, - Q.Yetirmişli vurğulayıb.
Oxşar xəbərlər
Azərbaycanda ard-arda baş verən zəlzələlər nəyin carçısıdır? - Seysmoloji Mərkəzdən xəbərdarlıq + FOTO
Son vaxtlar ölkəmizin müxtəlif bölgələrində ard-arda zəlzələlər baş verir. Yerin alt qatlarında Ərəbistan, Avrasiya, Afrika və digər bu kimi adlarla ifadə oluna...