Baş prokuror Mingəçevir, Zaqatala və Xaçmaza prokurorlar təyin etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Xaçmaz rayonuna prokuror təyin edilib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb. Baş prokurorun əmri ilə baş ədliyyə müşaviri Rəşad Məmmədov ikinci səlahiyyət müddətinə Xaçmazın prokuroru vəzifəsinə təyin edilib.
*** 13:16
Mingəçevir şəhəri və Zaqatala rayonuna yeni prokurorlar təyin ediliblər.
BAKU.WS xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev əmrlər imzalayıb.
Baş prokurorun əmri ilə, Mingəçevir şəhər prokuroru, baş ədliyyə müşaviri Qabil Səfərov tutduğu vəzifədən azad edilərək Zaqatala rayon prokuroru təyin edilib.
Baş prokurorun digər əmri ilə, Bakı şəhər prokurorluğunda Daxili işlər orqanlarına nəzarət şöbəsinin rəisi Pərvin Quliyev vəzifəsindən azad edilərək Mingəçevir şəhərinə prokuror təyin olunub.
Oxşar xəbərlər
Bərdə hücumunun şahidləri danışırlar: "Qızının dilindən "ata" sözünü eşidə bilmədi"
44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri döyüş bölgələrindən uzaqda yerləşən dinc şəhər və kəndlərimizi də hədəf alaraq dəfələrlə ağır a...