Baş nazir gələn ilin büdcə layihələri ilə bağlı qərar imzalayıb
Baş nazir Əli Əsədov 2026-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycanın 2026-cı il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında qərar imzalayıb.
BAKU.WS xəbər verir ki, qərarla "Azərbaycan Respublikasının 2026-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və "Azərbaycan Respublikasının 2026-cı il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri" bəyənilib.
Qərarın 1-ci hissəsində qeyd olunan layihələr "Büdcə sistemi haqqında" qanunun 12-ci maddəsində nəzərdə tutulmuş digər sənədlərlə birlikdə Azərbaycan Prezidentinə təqdim edilməsi qərarı alınıb.
Oxşar xəbərlər
Dəniz mənzərəli ev alanların NƏZƏRİNƏ! Problemlə üzləşməmək üçün...
Dəniz mənzərəsini bir müddət sonra əvəz edən divar görüntüsü... BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, dəniz mənzərəli binada mənzillər, digər binalarla...