Bankomatların sosial ödənişlərə görə əlavə faiz tutması dayandırıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda xüsusi karantin rejimi müddətində pensiya, müavinət, təqaüd, kompensasiya, ünvanlı yardım kimi sosial ödənişləri istənilən bankın, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərpoçt" MMC-nin istənilən bankomat və yaxud posterminallarından əldə edən zaman hər hansı əlavə faiz tutulmayacaq.
BAKU.WS xəbər verir ki, bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycam Mərkəzi Bank və "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin birgə müraciətində öz əksini tapıb.
Qeyd olunub ki, vətəndaşlar sualları olacağı təqdirdə, 142 - Çağrı Mərkəzinə müraciət edə bilərlər.
Oxşar xəbərlər
Prezident nazir Sahil Babayevi qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edib. BAKU.WS xəbər verir ki, ölkəmizdə həyata...