BAKU.TV “Virusa meydan oxuyaq!” fləşmobuna qoşuldu - VİDEO

İTV-nin ərsəyə gətirdiyi #Virusameydanoxuyaq fləşmobuna BAKU.TV də qoşulub.
BAKU.WS xəbər verir ki, BAKU.TV-nin “Xəbər” proqramının aparıcısı Səma Camal sonuncu çərşənbə münasibəti ilə tamaşaçıları təbrik edib, dünyada yayılmış koronavirus pandemiyasına qarşı pozitiv olmaq və qarşıdan gələn Novruz bayramını yüksək əhval-ruhiyyədə qarşılamaq üçün virusa meydan oxuyub. Daha sonra efirə BAKU.TV-nin digər əməkdaşları yallı mahnısının sədaları altında daxil olublar.
“Bayram əhval-ruhiyyəsi ilə #Virusameydanoxuyaq şüarı ilə diktor xanım estafeti Mədəniyyət kanalının aparıcısı Elnur Kərimova ötürüb.
Oxşar xəbərlər
İTV-də Yeni il çox maraqlı olacaq - VİDEO
İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) 2020-ci ili fərqli proqramlar, filmlərlə tamaşaçıların evinin qonağı olacaq. BAKU.WS xəbər verir ki, bu barə...
