BAKU.TV-dən Yay rekordu - 100 milyon baxış - FOTO

BAKU.TV-dən Yay rekordu - 100 milyon baxış - FOTO
Sosial 0

BAKU.TV -nin Azərbaycan və rus dillərində fəaliyyət göstərən "Youtube" səhifəsi yay fəslində rekord sayda baxış toplayıb.

Yay aylarında yaranan durğunluq fonunda peşəkar iş və dəqiq xəbərlərin təqdimatı səhifənin baxış sayını rekord göstəricidə artırıb.

Belə ki, 90 gün ərzində "Youtube"a əlavə 60 min abunəçi üzv olub. Kanalın unikal izləyicilərinin sayı 5,2 milyon, daimi izləyicilərinin sayı isə 3 milyonu ötüb.

BAKU.TV-dən Yay rekordu - 100 milyon baxış - FOTO

BAKU.TV-nin Azərbaycan dilində fəaliyyət göstərən "Youtube" səhifəsi 90 gün ərzində 81,4 milyona yaxın baxış toplayıb. Kanalda paylaşılan videolara 2,3 milyon saat baxılıb.

BAKU.TV-dən Yay rekordu - 100 milyon baxış - FOTO

Qeyd edək ki, səhifənin böyük hissəsi, yəni – 70,3 faizini Azərbaycandan olan istifadəçilər təşkil edir. Digər sıralama isə belədir: Rusiya 23,8%, Türkiyə 1,1%, Gürcüstan 0,8%.

BAKU.TV-dən Yay rekordu - 100 milyon baxış - FOTO

Səhifənin izləyicilərinin 76 faizi kişilər, 23,9 faizi isə xanımlardan ibarətdir. Eyni zamanda izləyicilər arasında 25-34 yaş qrupuna daxil olan istifadəçilər (27%) daha çoxdur. İkinci yerdə 35-44 yaşlı istifadəçilər (23,1%), üçüncü yerdə isə 55-64 yaşlı istifadəçilər (15,3%) qərarlaşıb.

BAKU.TV-dən Yay rekordu - 100 milyon baxış - FOTO

Telekanalın rus dilində fəaliyyət göstərən "Youtube" səhifəsi də rekord sayda baxış toplamağı bacarıb. Belə ki, səhifədəki videoları 90 gün ərzində 17,6 milyona yaxın izlənilib.

BAKU.TV-dən Yay rekordu - 100 milyon baxış - FOTO

Rus bölməsinin izləyicilərinin 52,7 faizini Rusiyadan olan istifadəçilər təşkil edir. İkinci yerdə 22,3 faizlə Azərbaycandan olan istifadəçilər qərarlaşır. İlk üçlüyü isə 4,6 faizlə Ermənistandan olan istifadəçilər qapayır.

BAKU.TV-dən Yay rekordu - 100 milyon baxış - FOTO

Səhifənin izləyicilərinin 84,9 faizi kişilər, 15,1 faizi isə xanımlardan ibarətdir. Rus bölməsinin izləyiciləri arasında ilk sırada 55-64 yaş qrupuna daxil olan şəxslər (26%) qərarlaşır. Sonrakı yerləri 19,9 faizlə 45-54 yaşlı istifadəçilər və 17,8 faizlə 35-44 yaşlı istifadəçilər bölüşür.

BAKU.TV-dən Yay rekordu - 100 milyon baxış - FOTO

BAKU.TV bundan sonra da izləyicilərinin etimadını doğruldaraq yeni-yeni zirvələri fəth etməkdə davam edəcək.

Son xəbərlər