"BakuBus"dan istifadə edənlərin NƏZƏRİNƏ - Bu gündən...
Hava şəraitinin isti keçməsi və sərnişin rahatlığının təmin olunması məqsədilə "BakuBus" MMC-nin istismarında olan bütün avtobuslarda kondisioner sistemləri iyunun 2-dən etibarən mərhələli şəkildə aktivləşdiriləcək.
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq "BakuBus" MMC-nin mətbuat xidmətindən bildirilib.
"Nəzərinizə çatdıraq ki, hazırda "BakuBus" MMC-nin istismarında 161 ədəd BYD, 735 ədəd BMC və 111 ədəd Neoplan markalı avtobus mövcuddur və hər birində kondisioner sistemlərinin istifadəsinə müvafiq tarixdən başlanacaq.
Qeyd edək ki, reqlament qaydalarına əsasən kondisionerlərin aktivləşdirilməsi iyunun 15-nə təsadüf etsə də, son üç il ərzində formalaşmış praktika əsasında bu tarix hava şəraitinə uyğun şəkildə daha erkən mərhələyə çəkilir. Bu il də istisna olmayaraq sərnişin məmnuniyyəti əsas götürülərək kondisionerlərin aktivləşdirilməsinə vaxtından əvvəl başlanacaq", - deyə məlumatda qeyd olunub.
Banu Hüseynli
Oxşar xəbərlər
Bakıda avtobuslar gecə saat 23:00-dan sonra işləmirlər? – Sərnişinlərdən şikayət
Son vaxtlar Bakıda sərnişindaşımada yaranan problemlər bitib-tükənmir. Bu problemlərdən biri də sərnişin avtobuslarının gecə saat 11-dən sonra işləməməsidir. Və...