"Baku TV"nin beynəlxalq əlaqələri genişləndirilir

Baku TVnin beynəlxalq əlaqələri genişləndirilir
Sosial 11

"Baku TV" beynəlxalq əlaqələrini genişləndirir.

BAKU.WS xəbər verir ki, bunu "Baku TV"nin baş direktoru Ramin Cəfərov "Real TV"də yayımlanan "Media masası" verilişində deyib.

Onun sözlərinə görə, "Baku TV" bir çox agentlik və aparıcı televiziyalarla memorandumlar imzalayır:

"Memorandum təkcə kağızda deyil, iş fəaliyyətimizdə də əksini tapır. Bir-birimiz üçün xüsusi reportajlar hazırlayırıq. Qazaxıstan, Özbəkistan, Çin kimi ölkələrdə Azərbaycanı tanıdırıq. Azərbaycanla bağlı xüsusi günlərdə onların televiziyalarında reportajlar gedir. Eynisini biz də edirik. Çalışırıq beynəlxalq əlaqələrimizi genişləndirək".

R. Cəfərov əlavə edib ki, Azərbaycan mediasında kadrlara ehtiyac var. Onun fikrincə, televiziya rəhbərləri hazırda kadr çatışmazlığı yaşayır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər