BAKU TV BAKU.WS-in 17 yaşını təbrik etdi - VİDEO

Bu gün BAKU.WS xəbər portalının fəaliyyətə başlamasından 17 il ötür.
BAKU TV-nin əməkdaşı özəl gün münasibəti ilə BAKU.WS-in redaksiyasında olub və təbrik süjeti hazırlayıb.
Süjet zamanı saytın kollektivi BAKU.WS-in keçdiyi çətin və şərəfli yoldan danışıb, yadda qalan hadisələri xatırlayıb və gələcək planlarını dilə gətirib.
Qeyd edək ki, 17 il ərzində BAKU.WS daim böyüyərək inkişaf edib və oxucu auditoriyasını genişləndirib. Xəbər portalımızda dünyanın müxtəlif guşələrində, həmçinin Azərbaycanda baş verən ən son xəbərlər, hadisələr, analitik yazılar, bu və ya digər aktual məsələlərə aid cəmiyyətdə söz sahibi olan şəxslərin açıqlamaları yer alır.
BAKU TV kollektivi özəl günündə BAKU.WS-i təbrik etdiyi üçün xüsusi minnətdarlığımızı bildiririk.
Oxşar xəbərlər
BAKU.WS-in 17 yaşı tamam oldu!
5 yanvar tarixində BAKU.WS-in fəaliyyətə başlamasından 17 il ötür! Bu 17 il ərzində BAKU.WS daim böyüyərək inkişaf edib və oxucu auditoriyasını genişləndirib. X...
