Bakıya QAR YAĞACAQ? - RƏSMİ AÇIQLAMA

Bakıya QAR YAĞACAQ? - RƏSMİ AÇIQLAMA
Sosial 42

Bəzi saytlarda Milli Hidrometeorologiya Xidmətinə istinadən 14-15 yanvar tarixlərində guya Bakıda və Abşeron yarımadasında qar yağacağı, şaxta olacağı, güclü külək əsəcəyi barədə yanlış məlumat yayılıb.

Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov BAKU.WS-ə bildirib ki, Xidmət tərəfindən yanvar ayı üçün heç bir hava proqnozu verilməyib.

"Media nümayəndələrinə tövsiyə edirik ki, hava haqqında proqnozları Milli Hidrometeorologiya Xudmətinin rəsmi səhifəsi olan və daim yenilənən www.meteo.az saytından əldə etsinlər".

Qeyd edək ki, bəzi kütləvi informasiya vasitələrində yazılmışdı ki, Bakıya və Abşeron yarmadasında yanvarın 14-ü axşamdan 15-i səhərədək havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər