Bakıya gələn turistlərlə maraqlı reportaj
Yeniliklərdən dərhal xəbərdar olun
Ölkəmizin ev sahibliyi etdiyi COP29 çərçivəsində Azərbaycana gələn turistlərin sayı daha da artıb.
Onlar tədbirdə iştirak etməklə yanaşı, milli-mənəvi dəyərlərimizə - musiqimizə, yeməklərimizə də böyük maraq göstərirlər.
Baku TV Bakıya gələn turistlər arasında sorğu keçirərək onların təəssüratlarını öyrənib.
Onlar bildiriblər ki, dünyanı narahat edən qlobal məsələlərin Bakıda müzakirə olunması Azərbaycana olan inamı göstərir.
Turistlər, həmçinin paytaxtımızın arxitekturasını, eləcə də yeməklərimizi çox bəyəndiklərini vurğulayıblar.
"Bakıya ilk dəfədir gəlirəm. Yeməklərinizi çox sevirəm. Küçələriniz çox təmizdir. Dəniz sahilində binaların tikilməsi Bakıya xüsusi gözəllik verir", - deyə turistlərdən biri söyləyib.
Daha ətraflı videosüjetdə:
Oxşar xəbərlər
Bərdə hücumunun şahidləri danışırlar: "Qızının dilindən "ata" sözünü eşidə bilmədi"
44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri döyüş bölgələrindən uzaqda yerləşən dinc şəhər və kəndlərimizi də hədəf alaraq dəfələrlə ağır a...