Bakıya gələn 4 nəfər müayindən yayındı - AXTARIŞA VERİLDİ
Yeniliklərdən dərhal xəbərdar olun
Martın 23-də Naxçıvan-Bakı reysi ilə paytaxta gələn 4 nəfər təyin olunmuş zala gəlməyərək tibbi müayinədən yayınıblar.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, onların barəsində müvafiq cəza tədbirləri təyin olunmaqla axtarış elan edilib.
Təyyarədə xarici ölkələrdən, əsasən Türkiyədən gələn şəxslər olublar.Qaydalara uyğun olaraq, xarici ölkələrdən gələn şəxslər 14-21 gün müddətinə karantinə alınır, onlar koronavirus infeksiyasına yoluxma faktının müəyyənləşdirilməsi üçün müayinədən keçirlər.
Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi qaydaları pozan şəxslər barəsində cəza tədbirlərinin görüləcəyi elan edilib.
Oxşar xəbərlər
Müdafiə Sənayesi Nazirliyində koronavirusla bağlı onlayn müşavirə keçirilib
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin (MSN) onlayn rejimdə iclası təşkil olunub. Müdafiə Sənayesi naziri Mədət Quliyevin və məsul əməkdaşların i...