Bakının yeni yerüstü metro stansiyası ilə bağlı YENİ XƏBƏR
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı Metropoliteninin Bənövşəyi xətt üzərində inşa edilən "Xocasən" deposunun sərnişin stansiyası üzərində çətirin qurulmasına başlanıb.
BAKU.WS xəbər verir ki, bunu Trend-in sorğusuna cavab olaraq Bakı metropoliteninin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, hazırda depoda kompleks tikinti-quraşdırma işləri davam etdirilir.
"Stansiya çətiri quraşdırılandan sonra platformada dəmir yolu infrastrukturu başlanacaq. Stansiyada hazırda yardımçı və texniki otaqlarda infrastruktur işləri davam etdirilir.
Bununla yanaşı, depo ərazisində də quraşdırma işləri aparılır", - B.Məmmədov deyib.
Qurum rəsmisi bildirib ki, tikinti quraşdırma işləri hazırkı səviyyədə davam edərsə, Xocasən deposu və yerüstü metro stansiyası bu ilin axırına istifadəyə verilə bilər.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...