Bakının üç rayonunda qaz olmayacaq

Bakının üç rayonunda qaz olmayacaq
Sosial 327

Bu gün saat 10:00-dan Bakının üç rayonunun təbii qaz təchizatında fasilə yaranacaq.

BAKU.WS bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.

Məlumata görə, yeni çəkilmiş orta təzyiqli qaz xəttinin mövcud şəbəkəyə birləşdirilməsi, qaz kəməri üzərində qoruyucu atıcı klapanın quraşdırılması və aşkar olunmuş qaz sızmasının aradan qaldırılması işləri ilə əlaqədar Maştağa və Əmircan qəsəbələrini qidalandıran qaz xətlərində, həmçinin "Qanlı göl" ərazisində yerləşən qaz xəttində təchizat dayandırılacaq. İşlər başa çatana qədər paytaxtın Suraxanı rayonunun Əmircan qəsəbəsinin bir hissəsinin, A.Rzayev, M.Mustafayev və S.Bəhlulzadə küçələrinin, Sabunçu rayonunun Maştağa qəsəbəsinin Şəfai, Xanlar, Zərdabi və Mehdi Hüseyn küçələrinin, eləcə də Yasamal rayonunun 7-ci Alatava, Ü.Əkbərov və D.Bünyatzadə küçələrinin "mavi yanacaq" təchizatında fasilə olacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Deputat: "Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək"

Deputat: "Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək"

Deputat Hikmət Babaoğlu maraqlı təkliflə çıxış edib. BAKU.WS-in xəbərinə görə, o, Bizim.Media-ya açıqlamasında vurğulayıb ki, Milli Elmlər Akademiyasının Dilçil...

26 Sosial 12:37 31 oktyabr 2026

Son xəbərlər