Bakının mərkəzində SÖKÜNTÜ: Bəzi ərazilər yenidən qurulur, MÜHÜM YENİLİK olacaq
Akademik Həsən Əliyev küçəsi ilə metronun "Koroğlu" stansiyasını birləşdirən yeni avtomobil yolunda ümumi uzunluğu 2 073 metr olan 4 tunel və ümumi uzunluğu 112 metr olan 3 yeraltı piyada keçidinin inşası aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib ki, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə bu yolun akademik Həsən Əliyev küçəsindən Müzəffər Nərimanov küçəsinə qədər olan hissəsinin tikintisi sürətlə davam etdirilir:
"Yeni avtomobil yolu Ziya Bünyadov və Heydər Əliyev prospektlərinə paralel olaraq layihələndirilib. Hazırda yolun inşası sürətlə davam etdirilir."
Daha ətraflı AzTV-nin videomaterialında:
Oxşar xəbərlər
Bu gün Səbuhi Əhmədovun şəhadətindən dörd il keçir
Bu gün Səbuhi Əhmədovun şəhadətindən dörd il keçir. BAKU.WS xəbər verir ki, Səbuhi Əhmədov 21 dekabr 1996-cı ildə Şəki şəhərində Fuad Əhmədovun ailəsində anadan...