Bakının mərkəzində sıxlıq sürücüləri qaydaları pozmağa məcbur edir - SƏBƏB

Baku TV-nin "Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb.
Bu dəfə paytaxtın Cəlil Məmmədquluzadə və Bakıxanov küçələrinin kəsişməsində yaşanan sıxlıq problemindən bəhs olunub.
Bildirilib ki, ərazidəki tıxacın əsas səbəbi nəqliyyat axınının çoxluğu və birləşən küçələrdə hökm sürən xaotik vəziyyətdir. Sıxlıq səbəbindən bu kəsişmədə yol hərəkəti qaydalarını pozanlar da az deyil.
"Xüsusilə günün pik saatlarında Zivərbəy Əhmədbəyov küçəsindən və onunla kəsişən hər iki istiqamətdən gələn sürücülər ciddi sıxlıq yaradırlar. Əsas problem ondan ibarətdir ki, hər üç istiqamətdən gələnlər Bakıxanov körpüsünün yanından sağa dönmək üçün qırmızı işıqda kəsişməyə daxil olur və nəticədə, yolun ortasında qalırlar", - deyə qeyd olunub.
Bildirilib ki, Allahyar Nəsibov küçəsindən gələnlər "Stop" nişanının tələbinə tam şəkildə əməl etsələr, bu zaman sıxlıq daha da artır və körpü altı sahədə hərəkət mümkünsüzləşir. Nəticə etibarilə bu ərazidə qaydaları pozmayan sürücülər sıxlıqda qalmalı olurlar.
Daha ətraflı videomaterialda:
Oxşar xəbərlər
Xocalının bu kəndlərinə ilk köç olacaq
Xocalı rayonunun Təzəbinə və Xanyurdu kəndlərinə ilk köç olacaq. BAKU.WS "Teleqraf"a istinadla xəbər verir ki, sakinlər iyulun 24-də doğma yurdlarına yola salın...