Bakının mərkəzində ilanların peyda olmasının səbəbi nədir?

Bakının mərkəzində ilanların peyda olmasının səbəbi nədir?
Açıqlama Video
Sosial 479

Bakı şəhəri, Günəşli qəsəbəsində yolun ortasında ilan peyda olub.

BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkədə görüntülər. 

Hadisə zamanı ərazidə olan vətəndaşlar qorxu içində qalıb.

Ümumiyyətlə son günlər Bakıda ilanlara daha tez-tez rast gəlinir və bu da insanların ciddi narahatlığına səbəb olur.

Məsələ ilə bağlı AMEA Zoologiya İnstitutu, biologiya üzrə fəlsəfə doktoru, dosent Təvəkkül İsgəndərov BAKU.WS-ə açıqlamasında bildirib ki, ilanlar da digər sürünənlər kimi soyuqqanlı heyvanlardır:

"Onlar soyuq aylarda qışlamaya gedirlər. Ancaq isti havalarda onlar yem axtarmaq məqsədilə ətraf ərazilərə səpələnirlər. Bu səbəbdən onlar insanların  yaşadığı ərazilərə yaxınlaşırlar. Onlar bu aylarda 24 saat ərzində aktiv olurlar. Onların ətraf ərazilərə yayılması üçün bir neçə şərt də var. Birincisi, onların yemləndiyi qidalar bizim yaşadığımız ərazilərdə olur. İkincisi, ilanlar o yerə gedirlər ki, orada giriş-çıxış olmasın. Yəni, gizlənmələri üçün yer olsun. Üçüncü şərt həmin ərazidə səs-küy olmasın. Aprel-may ayları ilanların ən çox hərəkətdə olduğu vaxtdır, çünki bu havalar çox da isti olmur, əksinə onlar üçün əlverişli sayılır. 

İlanların daha çox görünmələrinin səbəblərindən biri də bir ərazidə yaşayan insanlarının sayının dayanmadan artmasıdır. Havalar tam istiləndikdən sonra isə ilanlar daha passiv olur, sərin yerə çəkilirlər. 

İlanla qarşılaşdıqda ona yaxınlaşmamaq və ani hərəkətlər etməmək tövsiyə olunur. Ərazi dərhal tərk edilməli və müvafiq qurumlara məlumat verilməlidir. Xüsusilə uşaqların və ev heyvanlarının ilandan uzaq tutulması vacibdir."

Şahanə Xankişiyeva

Oxşar xəbərlər

Son xəbərlər