Bakının mərkəzi küçəsində piyadalar avtobus zolağında getməyə məcbur olur
Yeniliklərdən dərhal xəbərdar olun
Baku TV-nin "Necə olmalıdır?" rubrikasının yeni buraxılışında paytaxtın Əbdülvahab Salamzadə küçəsindən Ziya Bünyadov prospekti istiqamətində piyada infrastrukturunun mövcud vəziyyətinə diqqət çəkilib.
Bildirilib ki, sözügedən ərazidə piyadaların təhlükəsiz və rahat hərəkəti üçün lazımi şərait yaradılmayıb. Yolun bir hissəsindən həm piyadalar, həm də avtobusların istifadə etməsi insanların həyatı üçün ciddi təhlükə yaradır.
Qeyd edilib ki, hasarın arxasında yerləşən dar cığır uşaq və əlil arabasının hərəkəti üçün yararsızdır. Hətta piyadaların belə həmin hissədən rahat keçməsi çətinlik yaradır. Yolun əks tərəfində yerləşən səki isə qısa olduğundan funksional deyil. Buraxılışda ərazidəki asfalt örtüyünün də yararsız vəziyyətdə olduğu vurğulanıb.
Oxşar xəbərlər
Bunu etməklə hesabınızı itirə bilərsiniz - WhatsApp işlədənlərə XƏBƏRDARLIQ
Son dövrlər sosial şəbəkə hesablarının təhlükəsizliyi ilə bağlı narahatlıqlar artır. Xüsusilə "WhatsApp" hesablarının ələ keçirilməsi, şəxsi yazışmaların ələ dü...