Bakının iki rayonunda qanunsuz küçə ticarətinə son qoyuldu
 
                            
                            
                                12
                                avq
                            
                                2019
                                13:30
                            
                            
                        Bakının Yasamal və Nizami rayonlarında qanunsuz küçə ticarətinə son qoyulub.Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev BAKU.WS-ə məlumat verib.Onun sözlərinə görə, paytaxtın görkəminə xələl gətirən, yollarda hərəkət iştirakçılarına maneə yaradan, antisanitariyaya səbəb olan hallara qarşı profilaktik tədbirlər diqqət mərkəzindədir.Paytaxtın Yasamal və Nizami rayonlarında küçə və prospektlərdə, metro çıxışlarının ətrafında, səkilərdə qanunsuz küçə ticarəti, antisanitariyaya səbəb olan hallara qarşı profilaktik tədbirlər davam etdirilib.Polis tərəfindən metrostansiyaların giriş-çıxışlarında, piyada keçidlərində, avtobus dayanacaqlarında küçə boyu antisanitariya və küçə ticarəti ilə bağlı yaranmış vəziyyət aradan qaldırılıb."Diqqətə çatdırırıq ki, hər bir paytaxt sakini hüquq qaydasının etibarlı təminatına töhfə verməklə, daha çox küçə ticarətinin yaratdığı antisanitar vəziyyətə həssas olmalı, elementar normalara əməl etməli, paytaxtın görkəminə xələl gətirən sosial-neqativ hallara qarşı mübarizədə fəallıq nümayiş etdirməlidir", - deyə E.Hacıyev vurğulayıb.
                    
                    
                    
                    
                    
                    
                    Oxşar xəbərlər
Bakı polisindən küçə ticarəti ilə bağlı əhaliyə MÜRACİƏT
“Polisin küçə ticarəti ilə bağlı mübarizə tədbirlərini keçirməkdə əsas məqsədi cəmiyyəti bu məsələdə həssas olmağa səfərbər etməkdir. Çünki küçə ticarətinə qarş...
 
                     
                                             Haqqımızda
                        Haqqımızda
                     
                             
                     
                     
                     
                     
                    