Bakının iki rayonunda çoxmənzilli binaların sakinlərinə ŞAD XƏBƏR

Bakının iki rayonunda çoxmənzilli binaların sakinlərinə ŞAD XƏBƏR
Sosial 3267

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası bu dəfə yanvarın 27-31-də Nizami və Xətai rayonlarında istismarına icazə verilmiş 1032 mənzili əhatə edəcək.

Bu barədə BAKU.WS İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Nizami rayonunda səyyar qeydiyyat 27 yanvarda B.Nuriyev küçəsi, 2383-2387-ci məhəllə, 28 yanvarda E.Süleymanov küçəsi, 2383-cü məhəllə ünvanlarında keçiriləcək. Xətai rayonu üzrə mənzillərin mobil qeydiyyatı 29 yanvarda “Ağ Şəhər”, 1-ci Yaşıl Ada küçəsi, 7, yanvarın 30-da General Şıxlinski küçəsi, 42a, 31 yanvarda isə Ə.Quliyev küçəsi, 1131-ci məhəllə ünvanlarında aparılacaq.

Qeyd edək ki, xidmətdən istifadə üçün mənzil sahibləri mobil qeydiyyat ofisinə yaxınlaşaraq şəxsiyyət vəsiqəsi, protokoldan çıxarış və maliyyə arayışı kimi ilkin sənədləri təqdim etməlidir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Əhaliyə ŞAD XƏBƏR: Bu gün pulsuz olacaq xidmətlərin ÜNVANLARI

Əhaliyə ŞAD XƏBƏR: Bu gün pulsuz olacaq xidmətlərin ÜNVANLARI

Vəkillərin peşə bayramı günü münasibətilə bu gün saat 09:00-18:00-da vəkil qurumlarına müraciət edən bütün şəxslərə ödənişsiz hüquqi yardım göstəriləcək.BAKU.WS...

3302 Sosial 11:17 30 iyul 2018

Son xəbərlər