Bakının əsas yolu bağlanır - Bu saatlarda...
Yeniliklərdən dərhal xəbərdar olun
Yol polisi Bakının mərkəzi prospektində asfalt örtüyünün dəyişdirilməsi ilə bağlı sürücülərə müraciət edib.
Bu barədə BAKU.WS-ə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib.
"Paytaxtın Azneft dairəsində asfalt örtüyünün dəyişdirilməsi məqsədilə təmir-bərpa işləri aparılır. Belə ki, bu gün saat 16:00-dan etibarən sabah günün sonunadək ərazi bağlanacaq. Bunu nəzərə alaraq, sürücülərdən həmin ərazilərdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etməyi xahiş edirik", - deyə DYP əməkdaşı bildirib.
Oxşar xəbərlər
Diqqət! - Bu mərkəzi prospektdə hərəkət məhdudlaşdırılacaq
Bakının mərkəzi prospektində asfalt örtüyü dəyişdirilir. BAKU.WS xəbər verir ki, bu barədə report-a Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru...