Bakının əsas çıxışlarından biri bağlanır - SƏBƏB

24
may
2019
20:43
Mayın 26-da Bakının şimal çıxışı 4 saatlıq bağlanacaq.BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.Onun sözlərinə görə, aparılacaq işlərlə bağlı sərnişin avtobuslarında gecikmələrin olma ehtimalı yoxdur:"Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-cü km-də (Hökməlin dairəsinin yanı) yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar magistralın sözügedən hissəsində mayın 26-da səhər saat 05:00-dan 09:00-a kimi hərəkət məhdudlaşdırılacaq".N.Allahyarova qeyd edib ki, alternativ olaraq sürücülər şəhər mərkəzinə Hökməli qəsəbəsinin daxili yolundan və Bakı-Sumqayıt şosesindən istifadə edəcəkləri üçün gecikmələrin olma ehtimalı yoxdur.
Oxşar xəbərlər
Xocahəsən-Lökbatan yolunda hərəkət məhdudlaşdırılır
Sabahdan Xocahəsən-Lökbatan yolunun bir hissəsində hərəkət məhdudlaşdırılır.“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən BAKU.WS-ə verilən məlumata görə,...
