Bakının bütün rayonlarında binalar təmir olunacaq, bəziləri söküləcək - BÖYÜK İŞLƏRƏ START VERİLİR

Bakının bütün rayonlarında binalar təmir olunacaq, bəziləri söküləcək - BÖYÜK İŞLƏRƏ START VERİLİR
Si̇yahı
Sosial 1746

Paytaxt Bakıda dövlət mənzil fonduna aid binaların əsaslı təmirinə başlanılır. Bu məqsədlə "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC iki böyük tender elan edib.

BAKU.WS-in məlumatına görə, birinci layihə çərçivəsində Nərimanov, Səbail, Nizami, Binəqədi, Xəzər, Qaradağ və Pirallahı rayonlarında yerləşən yaşayış binalarının təmiri nəzərdə tutulur. Bu istiqamətdə görüləcək işlərin ümumi dəyəri 24,5 milyon manat təşkil edir.

İkinci tender isə Nəsimi, Yasamal, Xətai, Suraxanı və Sabunçu rayonlarını əhatə edir. Burada da dövlət mənzil fonduna aid binaların təmir olunması planlaşdırılıb və layihənin təxmin edilən büdcəsi 24 milyon manatdır.

48,5 milyonluq layihə çərçiəsində təmir işləri paytaxt sakinlərinin yaşayış şəraitinin yaxşılaşdırılmasına, 5 və 9 mərtəbəli binaların texniki dayanıqlığının artırılmasına və estetik görünüşünün müasirləşdirilməsinə xidmət edəcək. Əsas hədəf köhnəlmiş və qəzalı vəziyyətdə olan yaşayış fondunun bərpası, mühəndis-kommunikasiya sistemlərinin yenilənməsi və binaların daha uzunömürlü hala gətirilməsidir. Binaların fasadı, dam örtüyü, blokları və pəncələri təmin olunacaq. 

Bundan əlavə, bu layihə paytaxtın ümumi memarlıq görünüşünün daha cəlbedici olmasına, şəhər infrastrukturunun inkişafına və ekoloji dayanıqlılığın artırılmasına da töhfə verəcək. Sakinlər daha rahat, təhlükəsiz və müasir şəraitdə yaşamaq imkanı əldə edəcəklər.

Mütəxəssislərin fikrincə, bu tip təmir işlərinin həyata keçirilməsi sosial rifahın artırılması, mülkiyyətin dəyərinin yüksəlməsi və kommunal problemlərin həll olunması baxımından böyük əhəmiyyət daşıyır.

Bakı şəhərinin müxtəlif rayonlarını əhatə edən bu genişmiqyaslı layihə gələcəkdə də dövlət mənzil fonduna aid binaların mərhələli şəkildə yenilənməsinə və şəhər infrastrukturu ilə bağlı strateji inkişaf proqramlarının davam etdirilməsinə stimul verəcək.

Qeyd edək ki, təmir işlərindən əlavə Bakıda müxtəlif rayonlar üzrə qəzalı vəziyyətdə olan və təmir edilməsi mümkün olmayan binaların sökülməsi və yerində yeni binaların tikilıməsi planlaşdırlır. Nazirlər Kabinetinin qərarından sonra siyahı üzrə binaların söküntüsü də icra ediləcək. Sakinlərə yeni inşa ediləcək binalardan mənzillər təklif ediləcək və ya müəyyən olunmuş kompensiyalar təklif olunacaq. 

Orxan Hüseyn

Son xəbərlər