Bakının bu prospekt və yollarında sürət həddi endirildi - DİQQƏT
05
fev
2021
08:41
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Gecə saatlarından başlayaraq paytaxtda müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı yollarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saata endirilib.
BAKU.WS xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.
"Məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərə ehtiyatlı olmalarını, meteoroloji amilləri nəzərə alaraq sürət həddinə əməl etmələrini tövsiyə edirik", - deyə BNA sürücülərə müraciətində bildirib.
Oxşar xəbərlər
Bakıda 27 marşrut xəttinin hərəkət sxemi dəyişdirilib
Bakı-Sumqayıt yolunda aparılan yenidənqurma işləri çərçivəsində 30 aprel və 1 may tarixlərində Moskva prospektindən 20 Yanvar dairəsinə şəhərdən çıxış istiqamət...