Bakının bu məktəblərində istiliklə bağlı problem var

Bakının bu məktəblərində istiliklə bağlı problem var
Sosial 66

"Bakı şəhəri 189-190 nömrəli tam orta məktəb "Azəristiliktəchizat" ASC tərəfindən mərkəzləşdirilmiş qaydada istiliklə təmin olunur. Ötürücü xətlərin bir hissəsində meydana çıxan problemlə əlaqədar məktəbin bəzi sinif otaqlarına istiliyin verilməsi qismən məhdudlaşıb. Məsələ tam nəzarətə götürülüb və qısa zamanda qarşıya çıxan problemin operativ həlli üçün zəruri tədbirlər görüləcək".

Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Bakı şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən bildirilib.

"20 nömrəli məktəb-lisey isə fərdi qazanxana vasitəsilə istiliklə təmin edilir. Qazın təzyiqinin aşağı olması səbəbindən məktəbə istilik verilməsində qısamüddətli fasilə yaranıb. Hazırda məktəbdə istilik təminatı normal qaydadadır", - deyə idarənin məlumatında vurğulanıb.

Qeyd edək ki, təhsil müəssisələrinin istiliklə təmin olunmasının normal təşkili üçün davamlı monitorinqlər aparılır, hər hansı problem aşkarlandığı təqdirdə, səbəbi müəyyənləşdirilərək aradan qaldırılması üçün aidiyyəti qurumlarla birgə yaradılmış operativ işçi qruplar tərəfindən tədbirlər görülür.

Banu Hüseynli

Son xəbərlər