Bakının bu marşrut xəttindəki gedişhaqqı tələbi qanunidir? - Sərnişinləri çaşdıran TARİF (FOTO)
Yeniliklərdən dərhal xəbərdar olun
Sosial şəbəkələrdə Koroğlu-Buzovna xətti üzrə hərəkət edən 107 saylı avtobus marşrutunun özünəməxsus gediş tarifləri müəyyənləşdirdiyi haqqında məlumat yayılıb.
BAKU.WS xəbər verir ki, Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən trend-ə bildiriblər ki, "Ayşən-LTD" MMC-nin istismarında olan 107 saylı müntəzəm marşrut xətti üzrə avtobuslarda gedişhaqqı tarif şurasının müvafiq qərarına əsasən məsafəyə uyğun olaraq müəyyən edilib.
Bildirilib ki, bu xətt üzrə Buzovna qəsəbəsi (Əli Ayağı ziyarətgahı) -"Koroğlu" NMM və əks istiqamətdə gedişhaqqı 0.60 azn, Buzovna qəsəbəsi (Əli Ayağı ziyarətgahı)- Sabunçu qəsəbəsi 0.50 azn, Buzovna qəsəbəsi (Əli Ayağı ziyarətgahı)-Maştağa Zabrat yolu istiqamətində isə gediş haqqı 0.40 azndir. Daşıyıcı da bu qərara əsasən avtobusun salununda müvafiq məlumatları yerləşdirib.
Qeyd edək ki, 107 saylı müntəzəm marşrut xətti üzrə gedişhaqqının ödənişi hələki nağd formada həyata keçirilir.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda işsizlər bu halda dövlətdən pul ala bilərlər
Bu günlərdə Dövlət Məşğulluq Agentliyi sosial şəbəkələrdə işsiz şəxslərə 200 manat ödənişin verilməsi ilə bağlı yayılan məlumatlarla bağlı açıqlama vermişdi və...