Bakının bu küçəsində yol hərəkətində dəyişiklik edilir - BİRGƏ MƏLUMAT

Bakının bu küçəsində yol hərəkətində dəyişiklik edilir - BİRGƏ MƏLUMAT
Sosial 1504

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat verir ki, 5 mart 2025-ci il tarixində paytaxtın Üzeyir Hacıbəyli küçəsində yol hərəkətində dəyişiklik ediləcəkdir.

BAKU.WS xəbər verir ki, bu barədə Bakı Şəhər DYP İdarəsinin və AYNA-nın birgə məlumat yayıb.

Belə ki, Yusif Səfərov küçəsi ilə hərəkət edən nəqliyyat vasitələri Ü.Hacıbəyli küçəsinin sağ kənar yoluna daxil olduqda yolun mərkəz hissəsinə daxil ola bilməyəcəklər. Bununla da hərəkəti düz davam edib sağa Nizami küçəsinə yönələcəklər. Həmin ərazidə yerləşən yeraltı parkinqdən çıxan avtomobillər isə birbaşa Ü.Hacıbəyli küçəsinin mərkəz yoluna daxil ola biləcəklər.

Müvafiq nişanlar sözügedən ərazidə quraşdırılacaqdır. Yol hərəkətinin təşkilində edilən dəyişiklik Ü.Hacıbəyli küçəsində yarana biləcək sıxlıqların qarşısının alınması, ümumi istifadədə olan nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə həyata keçirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Səssizcə həyatımıza girən təhlükə: Hər cavabın əvəzində nəyi itiririk?

Səssizcə həyatımıza girən təhlükə: Hər cavabın əvəzində nəyi itiririk?

Süni intellektlə (Sİ) bir neçə saniyəyə mətn yazmaq, suallara cavab tapmaq, fotoşəkilləri redaktə etmək, dizayn hazırlamaq, hətta kod əldə etmək artıq adi hala...

20 Sosial 09:25 25 oktyabr 2026

Son xəbərlər