Bakının bu küçələrində sıxlıq var

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda:
1. Bakı-Sumqayıt şosesi, metronun "20 Yanvar" stansiyası istiqamətində;
2. Tbilisi prospekti, metronun "20 Yanvar" stansiyasından mərkəz istiqamətində;
3. "20 Yanvar" dairəsində;
4. Qara Qarayev prospekti, metronun "Qara Qarayev" stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində;
5. Babək prospekti, mərkəz istiqamətində;
6. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
7. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
8. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
9. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından metronun "Koroğlu" stansiyası istiqamətində (dairəyə qədər);
10. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində;
11. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
12. Sabunçu-Zabrat şosesi, metronun "Koroğlu" stansiyası istiqamətində sıxlıq müşahidə olunur.
Oxşar xəbərlər
Milli Depozit Mərkəzi xidmət haqlarını "ASAN Pay"lə ödəmək imkanı yaradıb
Milli Depozit Mərkəzi (MDM) "ASAN Pay" ödəniş sisteminə qoşulmanı tamamlanaraq istifadəyə verib. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu MDM-in İdarə He...
