Bakının bu ərazilərində mənzillər qeydiyyata alınır: Çıxarış veriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı şəhərində istismarına icazə verilən yeni çoxmənzilli binalardakı mənzillərin elektron çıxarışla təmin olunması davam etdirilir.
BAKU.WS Trend-ə istinadla xəbər verir ki, «Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol» kampaniyası çərçivəsində növbəti səyyar sənəd qəbulu iyulun 28-də Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, 1156 ünvanında, iyul 30-da isə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 41,43 ünvanında keçiriləcək.
İyulun 24-dən bərpa olunan sənəd qəbulu prosesi çərçivəsində artıq iki ünvanda ümumilikdə 68 mənzilin sənədlərinin qəbulu aparılıb.
Oxşar xəbərlər
Yasamal rayonunda 32 mənzilə çıxarış verilməsi üçün işlər başlanılıb - FOTO
Bakı şəhərində istismarına icazə verilən yeni çoxmənzilli binalardakı mənzillər mülkiyyət hüququnu təsdiq edən sənədlə təmin edilir. BAKU.WS-in məlumatına görə,...