Bakının bu ərazilərində içməli su və kanalizasiya xətləri yenilənir
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Bakının Yasamal rayonunun İslam Səfərli küçəsində içməli su və kanalizasiya xətlərini yeniləyir.
BAKU.WS bu barədə Xidmətə istinadən xəbər verir.
Məlumata görə, Fəvvarələr meydanı və Qış Parkı ətrafındakı ərazidə piyadaların sərbəst və rahat hərəkət etməsi üçün piyada zonalarının yaradılması və geniş abadlıq-quruculuq işləri davam etdirilir. Bu çərçivədə "Sutikinti" MMC İslam Səfərli küçəsində içməli su və tullantı su xətlərinin yenilənməsi işləri aparır. Layihə üzrə müxtəlif diametrli içməli su və kanalizasiya xətləri inşa edilir. Görülən işlər çərçivəsində diametri 63, 110, 280, 400, 300 millimetrlik köhnəlmiş borular yeniləri ilə əvəzlənib.
Ümumilikdə 967 metr içməli su xətti, 493 metr kanalizasiya xətti dəyişdiriləcək. İşlər yaxın günlərdə yekunlaşdırılacaq.
Qalereya
Oxşar xəbərlər
Bu tarixdən yağıntılar kəsiləcək, temperatur yüksələcək - AÇIQLAMA
Ölkə ərazisində sabah axşama doğru yağıntıların tədricən kəsiləcəyi, aprelin 22-si hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcə...