Bakının bəzi ərazilərində saatlardır İŞIQ YOXDUR
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının bir sıra əraziləri saatlardır ki, işıqsız qalıb.
BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-a sözügedən ərazilərdə yaşayan sakinlər müraciət ediblər.
Bildirilib ki, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu ərazisində səhər saat 11-dən, Sulutəpə qəsəbəsi, Laçın rayon 10 saylı məktəbi, Xocahəsəndə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialının ətrafı, Abşeron rayonu, Məmmədli qəsəbəsinin ərazilərində isə gecə saatlarından bəri işıq yoxdur.
Sakinlər qeyd ediblər ki, aidiyyəti quruma müraciət etsələr də, problem həll edilməyib.
Qeyd edək ki, məsələ ilə bağlı "Azərişıq" ASC-yə sorğu ünvanlasaq da, sorğumuz cavabsız qalıb.
Oxşar xəbərlər
Bərdə hücumunun şahidləri danışırlar: "Qızının dilindən "ata" sözünü eşidə bilmədi"
44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri döyüş bölgələrindən uzaqda yerləşən dinc şəhər və kəndlərimizi də hədəf alaraq dəfələrlə ağır a...