Bakının bəzi ərazilərində qaz olmayacaq
17
mar
2025
09:39
Bu gün Bakının Yasamal rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.
Bu barədə BAKU.WS Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.
Bildirilib ki, Yasamal rayonu, Landau küçəsində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədilə martın 17-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Ə.Ələkbərov, M.Rahim, A.Sultanova, H.Cavid, K.Kazımzadə küçələrində istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Oxşar xəbərlər
Bakıda 35 dərəcə isti olacaq - HAVA PROQNOZU
Bakıda və Abşeron yarımadasında iyulun 3-də hava şəraiti yağmursuz olacaq. Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib...