Bakının Bakıxanov küçəsində yol hərəkətinin təşkilində dəyişiklik ediləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Abbasqulu ağa Bakıxanov küçəsində hərəkətin yenidən təşkili ilə bağlı yeni layihə həyata keçiriləcək.
Bu barədə BAKU.WS Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata əsasən, bu küçədə darboğaz effekti nəqliyyat şəraitini çətinləşdirir. Belə ki, Abbasqulu ağa Bakıxanov küçəsi ilə Rəşid Behbudov küçəsi istiqamətində nəqliyyat vasitələrinin düzünə hərəkəti zamanı nəqliyyat axınları 3 hərəkət zolağından 2 hərəkət zolağına keçmək məcburiyyətində qalır. Bu da yolun buraxıcılıq qabiliyyətini aşağı salır və sıxlığa səbəb olur.
Nəqliyyat vasitələrinin axıcılığının təmin edilməsi məqsədilə burada yeni layihə icra olunacaq.
Abbasqulu ağa Bakıxanov küçəsində zolaqların silinərək yenidən təşkil edilməsi ilə Səməd Vurğun küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər hərəkət zolaqlarının sayı 2-dən 3-ə çatdırılacaq. Əks istiqamətdə isə zolaqların sayı eyni saxlanılacaq.
Dəyişiklikdən sonra darboğaz effekti aradan qaldırılacaq, nəqliyyat vasitələrinin hərəkəti daha da asanlaşacaq.
Tətbiq ediləcək dəyişiklik barədə videoçarxda tanış ola bilərsiniz:
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...