Bakının 100-dən çox küçəsində aparılan təmir işləri nə vaxt yekunlaşacaq?
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın 111 küçəsində təmir-bərpa işlərinin həyata keçirilməsi nəzərdə tutulub. Hazırda onlardan 46 küçədə işlər yekunlaşıb.
Belə ki, 32 kilometrlik yol təhvil verilib və 20 küçədə təmir işləri davam etməkdədir.
Sürücülər bildirirlər ki, bu baxımdan əziyyət çəksələr də, yolların təmiri onların işlərini daha da asanlaşdıracaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, təmir işlərinə iyun ayının 15-dən start verilib.
"Şəhərin mərkəzini əhatə edən işlərin 95 faizi demək olar ki, bitib. Sentyabrın 15-dək isə mərkəzdəki işlərin tam yekunlaşdırılması planlaşdırılır".
Daha ətraflı Azərbaycan Televiziyasının (AzTV) videomaterialında:
Oxşar xəbərlər
Bakıda bu ərazilərdə yeni parklar salınacaq - Süni göllər, tennis kortları...
"Bakının Baş Planı 2040 çərçivəsində paytaxtda yaşıllıq sahələrinin artırılması, mövcud parkların genişləndirilməsi və yeni istirahət məkanlarının yaradılması i...