Bakını iki gündür ki, toz bürüyüb - Səbəb nədir? - VİDEO
Ötən gündən başlayan tozlu hava şəraiti bu gün də davam edir.
BAKU.WS bildirir ki, xezerxeber.az-ın məlumatına görə, tozlu hava paytaxtla yanaşı, Sumqayıt şəhərində də müşahidə olunur.
Yağış və küləklə əlaqədar havada tozun miqdarının azalacağı gözlənilsə də, ciddi dəyişiklik olmayıb.
Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova "Xəzər Xəbər"ə bildirib ki, küləyin Türkmənistan ərazisindən ölkəmizə gətirdiyi toz kütlələri əsasən Xəzəryanı rayonlarda daha çox hiss olunur.
Gülnarə Abbasova qeyd edib ki, şimal-qərb istiqamətli küləyin təsiri nəticəsində gün ərzində tozun miqdarının tədricən azalacağı gözlənilir.
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...