"BakıKart"ın internet səhifəsi bərpa edilib
"BakıKart"ın rəsmi internet səhifəsi yenidən fəaliyyət göstərir
"BakıKart"ın internet səhifəsinin fəaliyyəti bərpa olunub. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) BAKU.WS-in sorğusuna cavab olaraq məlumat verib.
Məlumatda qeyd olunub ki, artıq istifadəçilər "BakıKart" hesablarına maneəsiz daxil olaraq şəxsi məlumatlarını və balanslarını izləyə, eləcə də müxtəlif əməliyyatları rahatlıqla həyata keçirə bilərlər.
Agentlik həmçinin vurğulayıb ki, istifadəçilərin hesabları və oradakı vəsaitlər silinməyib. İndi vətəndaşlar internet səhifəsi vasitəsilə hesablarında olan vəsaiti BakıKart fiziki kartlarına köçürə, balanslarını artıra və digər ödəniş əməliyyatlarından yararlana bilərlər.
Bu yenilik vətəndaşların gündəlik nəqliyyat əməliyyatlarını daha da asanlaşdıracaq.
Oxşar xəbərlər
Gəlirlər xərcləri üstələləyirsə, Maliyyə Nazirliyi niyə borc alır?
Dövlət büdcəsində ilin yeddi ayı üzrə 3.4 milyard manat profisitin yaranmasına baxmayaraq, Maliyyə Nazirliyi borclanmaya gedir. Bu dövrdə büdcənin gəlirləri pro...