Bakıdan onlayn dam örüyü almaq istədi - Sifarişi göndərilmədi, pulu da geri qaytarılmadı

Bakıdan onlayn dam örüyü almaq istədi - Sifarişi göndərilmədi, pulu da geri qaytarılmadı
Açıqlama
Sosial 104

İsmayıllı rayon sakini onlayn elan platforması vasitəsilə dam örtüyü sifariş etdikdən sonra maddi ziyana uğrayıb.

BAKU.WS-in "qaynar xətti"nə müraciət edən şikayətçinin sözlərinə görə, o, internet üzərindən yerləşdirilmiş elan əsasında dam örtüyü sifariş edib və satıcının tələb etdiyi məbləği əvvəlcədən ödəyib.

Lakin ödəniş həyata keçirildikdən sonra sifariş olunan məhsul göndərilməyib. Bundan əlavə, ödənilmiş vəsaitin geri qaytarılması ilə bağlı müraciətlər də nəticəsiz qalıb.

Vətəndaş bildirir ki, məsələ ilə bağlı dəfələrlə qarşı tərəflə əlaqə saxlamağa çalışsa da, problem həll olunmayıb. O, hüquq-mühafizə orqanlarına məsələnin araşdırılması və dəymiş ziyanın ödənilməsi məqsədilə müraciət edib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan BAKU.WS-ə bildirilib ki, qeyd olunan məsələ ilə bağlı polisə məlumat daxil olub. Müvafiq sorğular verilib və hazırda ərazi üzrə polis orqanında istintaq araşdırmaları davam etdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər