Bakıdakı müasir din təhsili modelləri ilə bağlı beynəlxalq simpoziumda dünyanın 15 ölkəsi iştirak edir
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu ilə Azərbaycan İlahiyyat İnsitutu birlikdə müasir dünyada din təhsili modellərinə həsr olunmuş böyük simpozium keçirir.
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, ötən il Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondu birlikdə din-təhsil üzrə respublika konfransı təşkil etmişdi:
"Bu il isə biz bu mövzunu qlobal səviyyəyə daşıdıq. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu ilə Azərbaycan İlahiyyat İnsitutu birlikdə müasir dünyada din təhsili modellərinə həsr olunmuş böyük simpozium keçirir. Simpoziumun əsas məqsədi dünyada bu sahədə fəaliyyət göstərən elm adamlarını bir araya toplamaq, din təhsili sahəsindəki müasir modelləri müzakirə etməkdir. Necə edək ki, din təhsili həm mənəvi dəyərlərə uyğun olsun, həm də yeni dövrün çağırışlarına cavab versin".
Aqil Şirinov vurğulayıb ki, bu məqsədlə bu ilki simpoziumda dünyanın 15 ölkəsindən təqribən 70-ə qədər tədqiqatçı gəlib. Bu gün və sabah onlar öz fikirlərini bölüşəcəklər.
Banu Hüseynli
Oxşar xəbərlər
Türkiyəli fermer traktorla torpağın üzərinə "20 Yanvarda Bakı şəhidlərini hörmətlə anırıq" yazısını həkk edib
Türkiyənin Lüləburqaz rayonunun Evrensekiz qəsəbəsində yaşayan Burak Tunçkol 1990-cı il 20 Yanvar şəhidlərini özünəməxsus şəkildə anıb. O, öz sahəsində traktorl...