Bakıda zibilliyə dönən küçə təmizləndi - ƏVVƏL/SONRA
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Binəqədi rayonu, 8-ci mikrorayon, Nizami Nərimanov 81 ünvanında yaşayan sakinlər ərazidəki antisanitar vəziyyətdən şikayətləniblər.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, ərazi zibil və məişət tullantılarının əsiri olub. Pis qoxu və natəmiz şərait sakinlərin səhhəti üçün ciddi təhlükə yaradır.
Məsələ ilə əlaqədar aidiyyatı qurumlara müraciət ünvanladıq.
Ardınca yaranmış antisanitar vəziyyət polisin müşayəti ilə əraziyə cəlb olunan aidiyyatı dövlət orqanları tərəfindən aradan qaldırılıb. Həmin ünvana əlavə 3 ədəd məişət tullantılarının atılması üçün zibil qutusu yerləşdirilib.
Qalereya
Oxşar xəbərlər
Plastik zibil qabları nə qədər etibarlı və təhlükəsizdir? - FOTO
Hazırda Bakıda müasir standartlara cavab verdiyi bildirilən müxtəlif zibil konteynerləri qoyulub. Plastik qablar üçün ayrı, kağızlar üçün ayrı... Lakin zibil qa...