Bakıda yol ÇÖKDÜ: Sürücülərdən ŞİKAYƏT

Bakıda metronun "Həzi Aslanov" stansiyasının qarşısındakı yol çökməkdədir.
BAKU.WS Xəzər TV-yə istinadən məlumat verir ki, söhbət Xətai rayonu, Məhəmməd Hadi küçəsindən gedir.
Hətta bəzi şəxslər illərdir həmin ərazidə yolun bu cür olduğunu deyirlər.
Sürücülər bildiriblər ki, həmin hissə bir-iki dəfə təmir edilsə də, yenə mənzərə ciddi şəkildə dəyişməyib.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) "Xəzər Xəbər"ə bildirilib ki, sözügedən problemdən xəbərdardırlar. Aidiyəti üzrə məlumat verilib və yaxın günlərdə yolun çökən hissəsi təmir ediləcək.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Bakıda orta aylıq əməkhaqqı 8%-dən çox artıb
2025-ci ilin yanvar-may aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 8,1% artaraq 1374,9 mana...
