Bakıda yeni açılacaq dəmiryol stansiyaları ilə bağlı MÜHÜM XƏBƏR
Azərbaycan Dəmir Yolları (ADY) Bakı şəhəri və ətraf ərazilərdə dəmir yolu infrastrukturunun müasir tələblərə uyğunlaşdırılması məqsədilə yeni layihənin icrasına başlayır.
BAKU.WS-in məlumatına görə, bu çərçivədə "Yeni Suraxanı-Hövsan" və "Bakıxanov-Binə-Qala" dəmir yolu xətləri, eləcə də Bakı Dairəvi Dəmir Yolu üzrə mövcud xətlərin yenilənməsi üçün ətraflı dizayn xidmətlərini əhatə edən müqavilə imzalanıb.
Müqavilə "Proyapı Engineering" şirkəti ilə bağlanıb. Layihə üzrə ümumilikdə 30,4 kilometr uzunluğunda dəmir yolu xəttinin layihələndirilməsi nəzərdə tutulur. Bununla yanaşı, 6 stansiya və 5 dayanacaq yenidən planlaşdırılacaq, mövcud 9 səviyyəli keçid isə təhlükəsizliyin artırılması məqsədilə müxtəlif səviyyəli keçidlərlə əvəz olunacaq.
Eyni zamanda layihə çərçivəsində 25 piyada və yeraltı keçidin, suötürücü qurğuların, heyvan keçidlərinin inşası, həmçinin dəmir yolu xətlərinin elektrikləşdirilməsi planlaşdırılır.
Qeyd edək ki, bu layihə paytaxt və ətraf ərazilərdə nəqliyyat axınının daha təhlükəsiz, dayanıqlı və vahid sistem üzrə təşkili baxımından mühüm əhəmiyyət daşıyır və şəhərdaxili dəmir yolu nəqliyyatının inkişafına ciddi töhfə verəcək.
Oxşar xəbərlər
Bakıda və Abşeronda arabir yağış, bəzi yerlərdə sulu qar ehtimalı var - HAVA PROQNOZU
Azərbaycanda fevralın 4-də havanın yağıntılı olacağı gözlənilir. BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abş...