Bakıda yaz mövsümü ilə əlaqədar genişmiqyaslı daxili iməcilik keçirilib
Yaz mövsümü ilə əlaqədar səhərin sanitar-təmizlik səviyyəsinin daha da yüksəldilməsi məqsədilə aprelin 18-də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təmizliklə bağlı paytaxtda növbəti daxili iməcilik keçirilib.
BAKU.WS xəbər verir ki, həm şəhər mərkəzində, həm də paytaxt qəsəbələrindəki prospekt və küçələr, ara yollar səhər saatlarından Bakı Şəhər İcra Hakimiyyəti Kommunal təsərrüfat xidmətlərinin texnikası ilə bitki və canlılara zərər verməyən yuyucu maddələrlə yuyulub, yol kənarlarında əsaslı təmizlik işləri görülüb.
Həmçinin səki kənarlarının, bordürlərin və buradakı işıq dirəklərinin, məhəccərlərin, park və istirahət yerlərində oturacaqların, avtobus dayanacaqlarının yuyulması həyata keçirilib, həyət və yaşayış məhəllələrində təmizlik işləri görülüb. Yol kənarlarındakı ictimai-iaşə, ticarət və digər obyektlərin vitrinləri təmizlənib, ətrafında səliqə-sahman işləri aparılıb.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən gün ərzində yol və prospektlərin kənarlarındakı ağacların və yaşıllıqların üzərinə yığılan toz-torpağın yuyulması, onlara aqrotexniki qulluq göstərilməsi də həyata keçirilib, zədələnən budaqları budanıb. Eyni zamanda, rəngbərəng güllər əkilib, müxtəlif rəngli güllərdən kompozisiyalar yaradılıb.
Qalereya
Oxşar xəbərlər
ADSEA: Kür çayının sahilyanı riskli zonalarında nasos stansiyalarına fasilə verilib
Kür çayında suyun səviyyəsinin artması ilə əlaqədar riskli ərazilərdə nasos stansiyalarının fəaliyyətinə fasilələr verilib. BAKU.WS xəbər verir ki, bu barədə Az...