Bakıda yayılan qoxunun səbəbi açıqlandı - RƏSMİ

Bakıda yayılan qoxunun səbəbi açıqlandı - RƏSMİ
Sosial 6962

Bakı şəhərinin Nərimanov və Binəqədi rayonlarında ətrafa kəskin iy-qoxunun yayılması ilə bağlı ETSN-in mütəxəssisləri tərəfindən araşdırma aparılıb.

Bunu BAKU.WS-in sorğusuna cavab olaraq Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Vasif Əliyev bildirib.

Onun sözlərinə görə, iy-qoxunun son günlər müşahidə edilən yüksək temperaturun və durğun hava şəraitinin üstünlük təşkil etməsi səbəbindən kanalizasiya sularının axıdıldığı Böyük Şor gölündən yayıldığı ehtimal edilir.

O qeyd edib ki, mütəxəssislərimiz tərəfindən sözügedən ərazidə monitorinq keçirilib, atmosfer havasından nümunələr götürülüb. Sabah bu barədə daha dəqiq məlumat veriləcək.

Son xəbərlər