Bakıda yaşlı qadınlara qarşı bu əməl görənlərin hiddətinə səbəb oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsində yayılan videogörüntülər sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb.
Videoda Mənzil Kommunal İstismarı Sahəsinin iki əməkdaşı yerə tum çırtlayıb tökür, bu zaman isə sahənin iki yaşlı əməkdaşı ərazini təmizləyir. Bu hadisə sosial şəbəkələrdə izləyicilərin hiddətinə səbəb olub.
"O əməkdaşların hərəkəti bina sakinləri tərəfindən heç də birmənalı qarşılanmadı. İndiyə qədər belə hadisə görməmişəm. Bu hadisəni görəndə mənə çox pis təsir etdi", – deyə sakinlərdən biri bildirib.
Sözügedən məsələ ilə bağlı ərazi üzrə 113 saylı Mənzil Kommunal İstismar Sahəsindən verilən məlumata görə, videogörüntüdəki həmin o iki əməkdaş işlərində yol verdikləri nöqsanlara görə işdən azad olunublar.
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...